Sabah yoxlama görüşündə Azərbaycan millisi Latviyanın qonağı olacaq.Sport1.az xəbər verir ki, bu gün mətbuat konfransında Emin Mahmudov iştirak edib
Yarımmüdafiəçi görüş haqda bunları söyləyib:
"Çalışacağıq ki, Latviyaya qarşı yaxşı oyun göstərib qələbə qazanaq. İnanırıq ki, bunu bacaracağıq. Çünki bizdə bunun üçün lazımi keyfiyyətlərin hamısı var. Düzdür, Latviya da yaxşı komandadır. Amma bizə qələbə çox lazımdır"."Neftçi"nin üzvü sabah fərqlənəcəyi təqdirdə, yığmanın bombardirləri siyahısında 15 qolla Qurban Qurbanovu üstələməsi haqda da danışıb:
"Açığı, statistika barədə düşünmürəm. İlk növbədə komandaya kömək etməyim vacibdir. Əlbəttə, şans düşsə, qol vuracağam. Ən əsası komandanın qalib gəlməyidir". Mahmudov kapitan sarğısı ilə bağlı sualı belə cavablandırıb:
"Bu və penaltini kimin vuracağın barədə qərarı baş məşqçi qərar verir".
Sport1.az