UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turu başa çatdı.
"Qarabağ" doğma meydanda "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdi.
Qarşılaşmadan sonra "Man of the match" mükafatını qazanan "köhlən atlar"ın müdafiəçisi Elvin Cəfərquliyev
Sport1.az-a açıqlamasında bunları söylədi:
“Mənə verilən "oyunun ən yaxşısı" mükafatını elə yerdə saxlayacağam ki, hər zaman gözümün önündə olsun, bəlkə o zaman rahat yata bildim. Oyun bizim üçün çox çətin keçdi, bunu bilirdik. Rəqibi analiz etmişdik, son görüşlərinə nəzər salmışdıq. Çempionlar Liqasında zəif rəqib yoxdur, bunu yaxşı başa düşürük. Şükürlər olsun ki, bu matçı da azarkeşlərimizin qarşısında qələbə ilə başa vurduq. Özümüzə inanırıq, amma bununla kifayətlənmək olmaz”.Cəfərquliyev növbəti qarşılaşmalardan da ümidli olduqlarını bildirdi:
“Gələn matçlarda da qələbə qazanaraq həm sizi, həm də azarkeşləri sevindirməyə çalışacağıq. Bilirik ki, hər rəqib güclüdür, ona görə də hər birini ayrıca analiz edəcəyik. İnşallah, uğur qazanarıq. Bizim istəyimiz sadəcə meydana çıxıb qələbə əldə etməkdir. Son nəticəni isə yalnız Allah bilir. Ümid edirəm ki, yaxşı olacaq”.MİKAYIL HACIYEV
Sport1.az