“Azərbaycanda bir məşqçi 200 uşağa məşq keçir” - VİDEO
İctimai TV-nin “Youtube” kanalında “OffTOP” podkastının növbəti buraxılışı yayımlanıb.
Sport1.az xəbər verir ki, aparıcılar Ürfan Məmmədli, Firuz Asanov və Teymur Mikayılovun qonağı Komanda.az saytının baş redaktoru Rəşad Ergün olub.
Podkastda Çempionlar Liqasının son oyunları, “Real”ın məğlubiyyəti, yarımfinaldakı komandaların şansları, Azərbaycan milli komandası, legioner limiti, VAR sistemi kimi mövzular müzakirə olunub.