I Liqanın 4-cü turunda “Səbail” – “Şimal” görüşü baş tutdu.
Sport1.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə tamamlandı. Bununla da “dənizçilər” mövsümdə ilk xal itkisinə məruz qaldı. Matçla bağlı Bayıl təmsilçisinin kapitanı Yusif Nəbiyev saytımıza fikirlərini bildirdi:
“Şimal" çempionatın debütantı olsa da, onlarla bizi çətin qarşıdurma gözləyəcəyini bilirdik. Təbii ki, məqsədimiz qələbəydi. Qol vurmaq üçün fürsətlər yaxalasaq da, son nöqtəni qoya bilmədik. Xaçmazlılar da əzmkarlıq göstərərək mübarizə apardılar. Bu görüşdəki uğursuz nəticədə maksimum dərs çıxarmalıyıq. Qarşıdakı turlarda daha yaxşı çıxış edərək qələbələrə sıralmağa çalışacağıq. Məqsədimiz çempion olmaqdır və bu yolda bütün gücümüzü səfərbər etməliyik”.
Mirzə S.
Sport1.az