Azərbaycan Premyer Liqasının 6-cı turunda “Neftçi” doğma publika önündə “Karvan Yevlax”ı qəbul etdi. Sport1.az xəbər verir ki, qarşılaşma qolsuz bərabərliklə başa çatdı. Bölgə təmsilçisinin üzvü Süleyman Əhmədov oyunla bağlı saytımıza fikirlərini dedi:
“Bizi “Neftçi” ilə çətin səfər görüşü olacağını öncədən bilirdik ona görədə həftəboyu səflərimiz üzərində çox çalışıb hazırlaşdıq. “Ağ-qaralar”a qarşı oyunda komanda şəklində çox yaxşı mübarizə apardıq və layiq olduğumuz 1 xalı qazandıq. Belə qarşılaşmalarda xal qazanmağın yolu ancaq istəkli olub vuruşub döyüşməklə olur.Şükürlər olsun ki, məqsədimizə çatdıq. Geridə qalan 6 tur ərzində danışsaq, çempionata ilk 2 matçına yaxşı başlayaraq 4 xal qazandıq, ancaq soradan biraz komandada düşüş oldu. “Neftçi”yə qarşı son oyundakı əzmkar mübarizədən sonra kollektivimizdə özünə inam hissi artacağına inanıram qazandığımız 1 xal növbəti oyunlar üçün bizə stimul olacaq”.
Mirzə S.
Sport1.az