I Liqa təmsilçisi “Difai” bir futbolçusu ilə yolları ayırıb.
Sport1.az-a daxil olan məlumata görə, Ağsu təmsilçisi Kristian Kamta Foku ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
21 yaşlı hücumçu karyerasını ölkə xaricində davam etdirəcək. Kamta İraq Super Liqasında çıxış edən “Al-Karx” klubu ilə razılaşıb.
Qeyd edək ki, hücumçu 2024-cü ilin yayından “Difai”nin heyətində çıxış edirdi.
XƏLİL İBADLI
Sport1.az