Azərbaycan I Liqasının 2025/26 mövsümündə tətbiq olunacaq legioner limiti artıq dəqiqləşib.
Sport1.az xəbər verir ki, klubların və ictimaiyyətin səbirsizliklə gözlədiyi qərar əsasnamədə öz əksini tapıb. Yeni mövsümdə komandalar oyunlara 8 yerli + 3 legioner formatında çıxacaq.
Qeyd edək ki, limit məsələsində İcraiyyə Komitəsinin qərarı gözlənilsə də, artıq bununla bağlı dəyişiklik növbəti — 2026/27 mövsümündən tez qüvvəyə minə bilməz. Hazırkı limit rəsmi sənəddə yer aldığından, qarşıdakı mövsüm üçün dəyişiklik nəzərdə tutulmur.
Beləliklə, klublar 2025/26 mövsümündə heyət planlamasını "8+3" sisteminə əsasən aparmalı olacaqlar.
NİHAT KƏRİMLİ
Sport1.az