“Şamaxı” İdarə heyətinin, eyni zamanda, AFFA Klublar Komitəsinin sədri Elçin Usub bir neçə gün öncə həmkəramız Elsəvər Muradzadəyə müsahibə vermişdi.
Klub rəhbərinin bir açıqlaması diqqətimi çəkdi:
"Klubların əksəriyyəti Əvəzedicilər Liqasının ləğvini istəyirdi və iclasda iştirak edən AFFA rəsmilərindən xahiş olunmuşdu ki, müvafiq mövqe İcraiyyə Komitəsinin diqqətinə çatdırılsın".
Maraqlıdır. Nə baş verdi ki, AFFA İcraiyyə Komitəsinin iclasında ləğvlə bağlı qərar çıxmadı?
Məsələ ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Klublar Komitəsinin iclası olduqca gərgin keçib. Cahangir Fərəccullayevin də iştirak etdiyi toplantıda əsas müzakirə mövzusu Əvəzedicilər Liqasının ləğvi olub. 8 klub - "Qəbələ", "Araz-Naxçıvan", "Karvan", "Zirə", "Turan Tovuz", "Şamaxı", "İmişli" turnirin keçirilməsini istəməyib. "Neftçi", "Sabah" və "Sumqayıt" bu məsələdə neytral qalıb. Yalnız "Qarabağ" Əvəzedicilər Liqasının mütləq keçirilməli olduğunu bildirib.
Bir çoxları Ağdam təmsilçisinin nümayəndəsinin fikrini dəyişmək istəsə də, bu, fayda verməyib. "Qarabağ" rəsmisi turnirin mütləq keçirilməli olduğunu dilə gətirib.
Sonra nələrin baş verdiyini bilirsiniz. Ertəsi gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilir. Qurum qərar qəbul edir ki, Əvəzedicilər Liqası 2025/26 mövsümündə də keçirilsin. Yəni, "Qarabağ" təkbaşına AFFA İcraiyyə Komitəsinə təsir edir.
İLKİN SULTANLI
Sport1.az