Son günlərdə sosial şəbəkələrdə "Xəzər Lənkəran"ın bərpa olunacağı ilə bağlı söz-söhbətlər gəzir.İnformasiyaya görə, cənub təmsilçisi yeni mövsümdən Region Liqasında iştirak edəcək.
Məsələ ilə bağlı rəsmi məlumat almaq üçün Lənkəran Şəhər Stadionun direktoru Höccət Hacıyevə müraciət etdik. Bir müddət öncə fəalliyyət göstərən "Xəzər Lənkəran 42" klubun təsisçisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Bu barədə heç bir məlumat yoxdur. Nəsə yenilik olsa, bilərdim. Məlumatım olmadığı üçün dəqiq açıqlama verə bilmərəm".MİKAYIL HACIYEV
Sport1.az