Fəaliyyətini dayandıran “Xəzər Lənkəran” futbol klubunun sabiq sahibi Mübariz Mənsimov sabiq futbolçu Oktay Derelioğlu ilə görüşüb.
Sport1.az xəbər verir ki, iş adamı bu barədə sosial media hesabında paylaşım edib. Mənsimov bildirib ki, həm Azərbaycanın, həm də Türkiyənin tanınmış futbolçularından biri olan Derelioğlu onun qonağı olub:
“Bir zamanlar Azərbaycanın və Türkiyənin sevilən futbolçusu, "Xəzər Lənkəran"ın əsas oyunçularından biri Oktay Derelioğlu bu gün mənim qonağım idi. Futbolun hazırkı vəziyyəti və Azərbaycan futbolunun son illərdəki inkişafı barədə maraqlı bir söhbətimiz oldu. Bu anlar mənim üçün çox dəyərli idi”.
İş adamı klubun gələcəyi ilə bağlı da nikbin fikirlər səsləndirib:
“İnşallah, bir gün "Xəzər Lənkəran" yenidən fəaliyyətə başlayar və biz Oktay Derelioğlunu baş məşqçi kimi komandamızın sükanı arxasında görərik”.
Qeyd edək ki, Oktay Derelioğlu 2004–2005-ci illərdə “Xəzər Lənkəran”ın heyətində çıxış etmiş və azarkeşlərin rəğbətini qazanmışdı.
Sport1.az