Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, Azərbaycanın stolüstü tennisçisi Mərziyə Nurmətovaqızlar arasında fərdi yarışların yarımfinalında özbəkistanlı rəqibi Məftunə Gulimovanı 3:0 hesabı ilə məğlub edərək finala yüksəldi.
İdmançımız uğuru barədə açıqlamasında bunları söylədi:
"Ev sahibi olduğumuz üçün həyəcanlı idim. Qarşıma finala çıxmaq məqsədi qoymuşdum və hədəfimə çatdım. Komanda yarışında da ikinci olduq. Sabah finalda oynayacağam. İnanıram ki, qızıl medal qazanacağam".
Sport1.az