Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası futbolçusu Malkomla müqaviləni ləğv etməyi planlaşdırır.Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, buna yarımmüdafiəçinin klublararası dünya çempionatının 1/4 finalında Braziliyanın “Fluminense” klubuna məğlubiyyətdən (1:2) sonra azarkeşlərlə mübahisə etməsi səbəb olub.
Bundan əlavə, komandanın baş məşqçisi Simone İnzaqi də gələcək planlarına daxil olmayan braziliyalı oyunçunun komandadan göndərilməsini istəyir.
Qeyd edək ki, Braziliya millisinin heyətində 3 oyun keçirmiş Malkom 2023-cü ildən “Əl-Hilal”ın uğurları üçün çalışır.
Sport1.az