ABŞ-da təşkil olunan klublararası dünya çempionatında 1/8 final mərhələsinin daha iki oyunu başa çatıb.
Sport1.az xəbər verir ki, ilk olaraq İtaliyanın "İnter" və Braziliyanın "Fluminense" komandaları üz-üzə gəliblər.
Görüş "Fluminense"nin qələbəsi ilə yekunlaşıb - 2:0.
Ardınca İngiltərənin “Mançester Siti” kollektivi Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşıb. Burada isə ərəblər sevinən tərəf olub. “Əl-Hilal” əsas vaxtı 2:2 hesabı ilə yekunlaşan görüşün əlavə vaxtında 4:3 hesabı ilə qalib gəlib.
"Əl-Hilal" 1/4 finalda "Fluminense" (Braziliya) ilə üz-üzə gələcək.
Sport1.az