"Vulverhempton"la müqaviləsi başa çatan Pablo Sarabia karyerasını Qətərdə davam etdirəcək.Sport1.az xəbər verir ki, ispaniyalı vinger "Əl-Ərəbi"yə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü olan Pablo Sarabia ötən mövsüm "Vulverhempton"un heyətində keçirdiyi 28 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.
Sport1.az