"Çelsi" "Borussiya"nın futbolçusu Ceymi Gittensi transfer etməyə yaxındır.
Sport1.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Klubların razılıq əldə etməyə yaxın olduğu bildirilir. "Çelsi" Almaniya klubunun 20 yaşlı vinger üçün tələb etdiyi 65 milyon avronu ödəməyə hazırdır.
Qeyd edək ki, İngiltərə U-21 millisinin üzvü olan Gittens ötən mövsüm "Borussiya"nın heyətində keçirdiyi 49 oyunda 12 qol vurub, 5 qol ötürməsi edib.
Sport1.az