Yaya Ture Belçikanın "RVD Molenbek" komandasının baş məşqçisi olacaq.Sport1.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavolieri social şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə görə, 42 yaşlı mütəxəssis 2025/26 mövsümündən kluba rəhbərlik edəcək.
Ture əvvəllər Donetsk "Olimpik"i, "Axmat" və Səudiyyə Ərəbistanı millisinin məşqçilər korpusunda çalışıb.
Qeyd edək ki, "RVD Molenbek" 2024/25 mövsümündə Belçika çempionatının ikinci divizionunda üçüncü yeri tutub. Yüksək diviziona yüksəlmək uğrunda pley-off matçında "Lokeren-Temse"yə uduzub (0:2, 3:2).
Sport1.az