AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.[/b]
[b]Sport1.az[u][/u] xəbər verir ki, Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib. Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” – “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq. Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.
Qrup mərhələsində son turun oyunlarının nəticələri:
“Bərdə” - “Lənkəran” – 3:3
“Şəki” – “Mingəçevir” – 4:4
“Bakı” – “Sumqayıt” – 2:0
“Gəncə” - “Şirvan” – 4:2
“Xaçmaz” - “Bərdə” - 0:0
Yarımfinal mərhələsinin təqvimi:
23 iyun
17:00. “Lənkəran” - “Gəncə”
18:00. “Sumqayıt” - “Bərdə”
Qeyd edək ki, Respublika turnirinə iyunun 24-də yekun vurulacaq.
Sport1.az