Futbol / Azərbaycan / Region Liqası
21:58
21.04.2025
60
AFFA Region Liqasının qrup mərhələsində son turun oyunları keçirilib.
Sport1.az xəbər verir ki, bununla pley-offa vəsiqə qazanan komandalar müəyyənləşib. 8 qrupda ilk iki yeri tutan kollektivlər 1/8 finala yüksəliblər.
1/8 finala vəsiqə qazanan komandalar bunlardır: “Record Club”, “Şirvanovka”, “Çinar Zəngilan”, “Dirçəliş”, “Xudat City”, “Topçular”, “Marafon”, “Şirvan” OİK, “Xankəndi”, “Şirvan”, “Zəfər 44”, “Biləsuvar”, “Ağstafa Gəncləri”, “Bərdə”, “Göyəzən”, “Naftalan”.
Pley-offun püşkatma mərasimi aprelin 22-də, saat 15:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.
Sport1.az