Əfsənəvi argentinalı Dieqo Maradonanın fanatları futbolçunu öldürməkdə ittiham olunan həkim Leopoldo Lukeyə hücum edib.Sport1.az xəbər verir ki, bu barədə TN məlumat yayıb.
Məlumata görə, azarkeşlər məhkəmə binası yaxınlığında Lukenin başına bayraqla vurublar.
Məhkəmə 192 şahidi dinləməli, tibbi müayinə və rəyləri, səs yazılarını və həkimlərin yazışmalarını araşdırmalı olacaq.
Yada salaq ki, Maradonanın ölümündə əli olmaqda ittiham olunan yeddi həkim və tibb bacısı məhkəmə qarşısına çıxıb. Təqsirləndirilən şəxslər argentinalının ölümünə səbəb olan səhlənkarlıqda şübhəli bilinirlər. Həkimləri 25 ilə qədər həbs cəzası gözləyir. Maradona 2020-ci ildə evində infarktdan vəfat edib.
Sport1.az