Çempionlar Liqasının Liqa mərhələsinin daha bir iştirakçısı bəlli olub.Sport1.az xəbər verir ki, “Atletik” qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.
Bilbao təmsilçisi buna La Liqanın XXXVI turunda nail olub. “Xetafe”yə 2:0 hesabı ilə qalib gələn Ernesto Valverdenin yetirmələri mövsümün sonuna 2 tur qalmış ilk “beşlik”də yerini təmin edib.
Komanda 11 ildən sonra Çempionlar Liqasında mübarizə aparacaq. “Atletik” sonuncu dəfə 2014/15 mövsümündə bu turnirdə iştirak edib.
Qeyd edək ki, 67 xala malik bilbaolular turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
Sport1.az