MLS-də ötən ayın ən yaxşı futbolçusu bəlli olub.
Sport1.az xəbər verir ki, bu ada "Filadelfiya"nın hücumçusu Tay Baribo layiq görülüb.
27 yaşlı israilli forvard 5 oyunda 6 qol vurub və bombardirlər yarışına başçılıq edir.
Qeyd edək ki, "Filadelfiya" Şərq Konfransının turnir cədvəlində "İnter Mayami"dən sonra 12 xalla ikinci yerdə qərarlaşıb.
Sport1.az