Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin voleybolçusu Yusif Bünyatov özünə yeni klub tapıb.
Sport1.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı oyunçu "Xilasedici"yə keçib.
O, qarşıdakı bir mövsüm ərzində həmin komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Y.Bünyatov son olaraq "Azərreyl"də çıxış edib.
Sport1.az