Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov dünya çempionatına təyinat alıb.Azərbaycan Voleybol Federasiyasından
Sport1.az-a verilən məlumata görə, o, iyulun 2-də Serbiya və Xorvatiyada start götürəcək 19 yaşadək qızlar arasında mundialın oyunlarını idarə edəcək.
24 ölkənin yığma komandasının mübarizə aparacağı yarışda qalib iyulun 13-də bəlli olacaq.
Sport1.az