“Beşiktaş”ın qadınlardan ibarət voleybol komandası yeni baş məşqçiyə tapşırılıb.Sport1.az xəbər verir ki, komandanı Lorenzo Micelli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İtaliyalı mütəxəssis daha öncə Türkiyədə “Eczacıbaşı Vitra”ya da rəhbərlik edib.
Qeyd edək ki, Micelli bir sıra klublarla yanaşı İsveç qadın voleybol millisinin də baş məşqçisi olub.
Sport1.az