Qadın voleybolçuların Yüksək Liqasının finalında mübarizə aparan "Abşeron" maliyyə problemləri ilə üzləşib.Sport1.az xəbər verir ki, klubun əməkdaşları iki aydır maaş almırlar. İş o həddə çatıb ki, inzibati heyət rəhbərliyə ultimatum verib. Bundan sonra borcun bir hissəsi ödənilib.
Klub rəhbərliyi finalda "Azerrail"ə 3:0 hesabı ilə qalib gələn komandanın üzvlərinin ödənişlərini ay sonunadək edəcəyini bildirib.
Artıq kollektivin aparıcı oyunçuları indidən özlərinə yeni iş yeri axtarmağa başlayıblar. Onlar başqa klublarla danışıqlar aparırlar.
Qeyd edək ki, "Abşeron"un prezidenti İlqar Nuriyev idman sahəsinə yad adam deyil. O, bir zamanlar "Gənclərbirliyi" futbol klubunun sponsoru olub. İlqar Nuriyevin mövsümün sonunda "Abşeron"dan imtina edəcəyi bildirilir.
Sport1.az