İkiqat Avropa çempionu, dünya çempionatının mükafatçısı və Yay Paralimpiya Oyunlarının ikiqat iştirakçısı olan tanınmış parataekvondoçu Əbülfəz Abuzərli idmançı karyerasını başa vurub.
Sport1.az xəbər verir ki, o, bundan sonra fəaliyyətini məşqçilik sahəsində davam etdirəcək.
33 yaşlı sabiq paralimpiyaçı milli komandada köməkçi məşqçi kimi təyinat alıb. O, zəngin təcrübəsini gənc idmançılarla bölüşmək üçün bundan sonra yığma komandanın hazırlıq prosesində yer alacaq.
Hazırda Əbülfəz Abuzərli milli komandanın baş məşqçisi Fərid Tağızadə ilə birgə Avropa Gənclər Paralimpiya Oyunlarında iştirak etmək üçün İstanbulda səfərdədir.
Sport1.az