Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.Sport1.az xəbər verir ki, Qəbələdə baş tutan stend atıcılığı yarışında azərbaycanlı Mürtəza Novruzlu gümüş medal qazandı.
İdmançımız jurnalistlərə açıqlamasında əldə etdiyi naliyyəti ilə bağlı bunları söylədi:
"MDB Oyunlarının ölkəmizdə keçirilməsi müsbət haldır. Yarışların Azərbaycanda olması məsuliyyətimizi bir qədər də artırır. Final gərgin və maraqlı keçdi. İlin əvvəlindən bu turnirə hazırlaşırdıq. Yaradılan şəraitdən razıyam. Gümüş medal qazandığım üçün sevincliyəm. Özümü xoşbəxt hiss edirəm. Qarşıda yarışlar var. Hədəfim qızıl medal qazanmaqdır".
Sport1.az