Ölkəmizdə keçirilən III MDB Oyunları davam edir.
Sport1.az xəbər verir ki, Alina Axatova Qəbələdə keçirilən stend atıcılığında qızıl medal qazandı.
Rusiyalı idmançı qələbəsi ilə bağlı bunları söylədi:
"III MDB Oyunları təşkilatçılıq yüksək səviyyədədir. Rəqiblər güclü idi. İnsana elə gəlir ki ölkə azdı deyə asan olacaq. Amma belə deyil. Finalda qələbə qazanmaq çox çətin idi. Sona qədər vuruşdum. İnamımı itirmədim, soyuqqanlı və düzgün taktika ilə yarışdım. Qəbələ Atıcılıq Klubunda təşkilatçılıq yüksək səviyyədədir və burda mübarizə aparmaqdan zövq aldım. Hər şey xoşuma gəlir".
Sport1.az