Ölkəmizdə keçirilən III MDB Oyunlarında kişilər arasında komanda yarışlarında stolüstü tennis üzrə Azərbaycan millisi finala vəsiqə qazanıb.Yığmamızın üzvü Onur Quluzadə
Sport1.az-a açıqlamasında Rusiyaya qarşı əsas görüşdə yaxşı performans göstərəcəklərinə inandığını bildirdi:
"Sabah birincilik uğrunda mübarizə aparacağıq. Özbəkistanı üstələyərək həlledici mərhələyə yüksəldik. Yarış çox yaxşı keçdi. Rəqib zəif deyildi. Amma biz daha yaxşı çıxışla üstün olduq. Sabah finalda Rusiya ilə üz-üzə gələcəyik. Məqsədimiz qızıl medal qazanmaqdır”.Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
İLKİN SULTANLI, QƏBƏLƏ
Sport1.az