Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarının proqramına uyğun olaraq, sentyabrın 27-də Qəbələ şəhər stadionunda futbol yarışlarına start verilib.
Sport1.az xəbər verir ki, ilk oyunda Aqil Nəbiyevin başçılıq etdiyi Azərbaycan (U-16) millisi Tacikistanın U-16 komandası ilə qarşılaşıb.
Görüş yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada qolu 29-cu dəqiqədə Xəzər Hüseynzadə vurub.
Sport1.az