Müğənni Lətifə Soyuöz oğlu Arif üçün unudulmaz bir xatirəni izləyiciləri ilə bölüşüb. Sport1.az xəbər verir ki, sənətçinin övladı uzun müddətdir heyranı olduğu ispaniyalı futbol ulduzu Lamin Yamalın formasına sahib olmaq arzusunu dilə gətirirmiş. Müğənni bu istəyin həyata keçdiyini bildirib:
“İçdən gələn bir arzunun necə gerçəyə çevrildiyini gördüm. Arifin sevinci gözlərində oxunurdu. Bir daha əmin oldum ki, insan ürəkdən istədikdə, Allah ona yol açır. Arif, diləklərin həmişə qəbul olsun”.
Sport1.az