Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına start verilib.Sport1.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Bakı İdman Sarayında “Sabah” klubu “Şəki” ilə üz-üzə gəlib. Matç Bakı təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 86:73.
Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.
Sport1.az