Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Naxçıvan" "Abşeron"a qalib gəlib.
Sport1.az xəbər verir ki, tərəflər arasında Bakı İdman Sarayında baş tutan ilk matçda birincilər 88:83 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, komandalar arasında ikinci oyun aprelin 22-də baş tutacaq. Raundun əvvəlki qarşılaşmalarında "Şəki" "Gəncə"yə 85:84, Neftçi” "Ordu"ya 93:84, "Sabah" isə "Sərhədçi"yə 90:64 hesabı ilə qalib gəlib.
Sport1.az