Azərbaycan Basketbol Liqasında yarımfinala yüksələn növbəti komanda məlum olub.Sport1.az xəbər verir ki, “Şəki” və “Gəncə” kollektivləri seriyanın üçüncü oyununda qarşılaşıblar. Şəki Olimpiya İdman Kompleksində keçirilən görüş meydan sahiblərinin 85:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da seriyada rəqibinə 2:1 hesabı ilə qalib gələn “Şəki” yarımfinalda “Sabah”a rəqib olub.
Digər matçda isə "Abşeron" və "Naxçıvan" komandaları üz-üzə gələcək. Bakı İdman Sarayında reallaşacaq görüş saat 19:00-da başlayacaq.
Bu cütün qalibi isə finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq.
Sport1.az