Avqustun 4-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının pley-off mərhəələsinin püşkatma mərasimi keçiriləcək.
Sport1.az xəbər verir ki, püşkatma zamanı Azərbaycan təmsilçisi “Qarabağ” da potensial rəqibini öyrənəcək. Qurban Qurbanovun komandası 3-cü təsnifat raundunda Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. İlk oyun avqustun 5-i Skopyedə, cavab matçı avqustun 12-si Bakıda keçiriləcək.
Püşkatma zamanı “Qarabağ” - “Şkendiya” cütü səpələnməmişlər səbətində yer alacaq. Bu cütün qalibi pley-off mərhələsində səpələnmişlər səbətində yer alacaq aşağıda adları qeyd edilən komandalardan biri ilə qarşılaşacaq:
- “Bude-Qlimt” (Norveç),
- “Seltik” (Şotlandiya),
Və ya ÇL-də 3-cü raundun aşağıdakı cütlərinin qaliblərindən biri ilə:
“Malmö” (İsveç) – “Kopenhagen” (Danimarka),
“Lex” (Polşa) – “Srvena Zvezda” (Serbiya),
“Ludoqorets” (Bolqarıstan) – “Ferentsvaroş” (Macarıstan).
Püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Çempionlar Liqasının pley-off mərhələsinin oyunları 19/20 və 26/27 avqust tarixlərində keçiriləcək.
Sport1.az