Şanxay ATP turnirində İtaliyanın tennis ulduzu Yannik Sinnerin şərəfinə terrakota heykəli hazırlanıb.Sport1.az xəbər verir ki, turnir ənənəvi olaraq “Terrakota Ordusunun döyüşçüləri” üslubunda bütün çempionların heykəllərini yaradır.
Xatırladaq ki, Sinner bu ilki yarışın qalibi olub. O, 1 oktyabrda ABŞ təmsilçisi Lörner Tien üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
Sport1.az