Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıb.Sport1.az Stolüstü Tennis Federasiyasının mətbaut xidmətinə istinadən xəbər verir ki, milli üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə iyulun 5-dək Çinin Hebey əyalətinin Şiszyaçjuan şəhərində yerləşən “Zhenq Dinq” təlim-məşq bazasında hazırlıq keçəcək.
Bu mərkəz Çinin stolüstü tennis üzrə milli komandasının bazası hesab olunur.
Qeyd edək ki, təlim-məşq toplanışı qarşıdakı beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır. Milli üzvləri mütəmadi şəkildə Çində təşkil olunan anoloji hazırlıq proseslərinə qatılırlar.
Sport1.az