Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Zirə” – “Hayduk” oyunundan öncə mətbuat konfransı keçirilib.
Sport1.az xəbər verir ki, "qartallar"ın kapitanı Qismət Alıyev matçla bağlı fikirlərini bölüşüb:
"Hər iki komandanı vacib oyun gözləyir. Məşqçilər bizə məlumatları veriblər. Oyuna tam hazırıq. Ən yaxşısını etməyə çalışacağıq ki, ilk matçda istədiklərimizi yerinə yetirək".
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç sabah "Neftçi Arena"da keçiriləcək və saat 19:30-da başlayacaq.
Sport1.az