AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan daha bir təyinat alıb.
Sport1.az xəbər verir ki, məlumatı milli assosiasiyanın mətbuat xidməti yayıb.
O, Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) - “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.
Sport1.az