PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək “Barselona” ilə matç barədə fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, o, sözügedən görüşdən öncə keçirilən mətbuat konfransında deyib:
“Mən "Barselona"nı izləməyi sevirəm! Komandanın oyunundan zövq alıram. Siz bilirsiniz ki, mən klubun üzvüyəm, azarkeşiyəm, "Barselona"nın oyunlarını izləyirəm.
"Barselona" mənim evimdir. 8 il futbolçu, 6 il isə əsas və gənclər komandasında məşqçi kimi orada çalışmışam”.
Qeyd edək ki, "Barselona" – PSJ matçı sabah, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək.
Sport1.az