Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Ferentsvaroş"u məğlub etdi - 3:1.Sport1.az xəbər verir ki, görüşdən sonra keçirilən mətbuat konfransına qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qatıldı.
Mütəxəssis qələbə haqda bunları söylədi:
"Möhtəşəm qələbə münasibətilə futbolçularımı təbrik edirəm. Futbolçularım bu qədər azarkeş qarşısında əllərindən gələnin ən yaxşısını etməyə çalışdılar. Öz azarkeşlərimizə də təşəkkür etmək istəyirəm, bizləri yalnız buraxmadılar. Üstünlüyümüz var, amma hesab bizi aldatmalı deyil. Bakıdakı oyunda daha ciddi və diqqətli olmalıyıq. Rəqib adi bir epizodda qol vurmağı bacaran komandadır. Hər şeyə Bakıda aydınlıq gələcək".Qurbanov ilk qolu buraxdıqdan sonra həvəsdən düşmədiklərini də qeyd etdi:
"Deməzdim,həvəsdən saldı. Səfərdə qapında qol görəndə bir az komandada həyəcan çoxalır. Qoldan sonra üzərimizə təzyiq çoxaldı. Lakin bir qədər sonra toparlanmağı bacardıq. İkinci hissədə qollar vurmağı bacardıq. Qarşımızda çox ciddi bir rəqib və məğlub olmağı sevməyən bir baş məşqçisi var. Bakıdakı oyunda ciddi oynayıb bu oyunun nəticəsini daha da anlamlı etməliyik".
Sport1.az