"Qalatasaray"ın müdafiəçisi Davinson Sançezin cəza müddəti müəyyənləşib.
Sport1.az xəbər verir ki, "Beşiktaş"la qarşılaşmada Rafa Silvaya qarşı qaydanı pozaraq birbaşa qırmızı vərəqə alan kolumbiyalı müdafiəçi 2 oyun qaçıracaq.
Qeyd edək ki, 29 yaşlı futbolçu "Başakşəhər" və "Göztepe"yə qarşı matçlarda iştirak edə bilməyəcək.
Sport1.az