“Zirə” məşqçisi Eltun Yaqublu ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssis ilə paytaxt təmsilçisi arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Zirə" E.Yaqubluya göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək karyersında uğurlar arzulayıb.
Qeyd edək ki, E.Yaqublu 2020-ci ildən Rəşad Sadıqovun məşqçilər heyətində yer alırdı.
Sport1.az