Gürcüstan millisinin futbolçuları Xviça Kvaratsxeliya və Zuriko Davitaşvili xoşagəlməz hadisə ilə üzləşiblər.Sport1.az xarici mətbuata istinadən xəbər verir ki, onlar ailələri ilə istirahət etdikləri Fransada qarət olunublar.
Kannda futbolçuların qızıl-zinət əşyaları, çantaları və saatları oğurlanıb. Yığma üzvləri və ailələri hansısa zərər görməyiblər.
Sport1.az