"Fənərbağça"nın futbolçusu Cayden Ostervolde karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.Sport1.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçinin xidmətində "Əl-Hilal" maraqlıdır.
Ərəblər niderlandlı futbolçunu transfer etmək üçün "Fənərbağça" ilə danışıqlara start verib.
İstanbul təmsilçisinin Oestervoldeni satıb-satmayacağı onun üçün ediləcək transfer məbləğindən asılı olacaq.
Onun "Fənərbağça" ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir. O, “Tvente”, “Parma” klublarında da oynayıb.
Sport1.az