"Qalatasaray" qış "transfer pəncərəsi"ndə Ademola Lukmanı heyətinə qatmağa çalışacaq.
Sport1.az xəbər verir ki, "Cimbom" Okan Burukun ötən yay transfer edə bilmədiyi futbolçunun qapısını qışda yenə döyəcək.
Qeyd edək ki, 27 yaşlı oyunçunun keçidinin istənilməsində onun milli komanda yoldaşı Viktor Osimenin də böyük rolu var.
Sport1.az