"Beşiktaş" Sergen Yalçının xüsusi istəyi ilə gətirdiyi Cengiz Ündərə böyük ümid bəsləyir.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi milli fasilədə türkiyəli futbolçunu daha yaxşı hazırlaşdırıb növbəti oyunlarda start heyətə hazır etmək niyyətindədir.
"Ağ-qara"ların baş məşqçisi ötən oyunda Çerninin oyunundan razı qalmadığından, bu mövqeni Cengizə etibar etmək istəyir.
Sport1.az