"Milan"ın baş məşqçisi Massimiliano Alleqri İtaliya A Seriyasının 6-cı turunda "Yuventus"la keçirilən və 0:0 hesabı ilə başa çatan oyunu dəyərləndirib.
Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis qarşılaşmadan sonra komandasının performansı ilə bağlı fikirlərini bölüşüb:
“Birinci hissə bərabər keçdi, amma ikinci hissədə tempimizi artırdıq və bir neçə şansımız oldu. Baxmayaraq ki, rəqib ilk real epizodu yaratdı və Maignan əla seyv etdi. Biz məğlubiyyətsiz seriyamızı davam etdirdik və qapımızda top görmədik, lakin bəzi anlarda daha aqressiv olmalı və işi yekunlaşdırmalı idik. Azarkeşlərə səmimi qarşıladıqları üçün təşəkkür edirəm. Rəqibinizə problem yaratmaq fürsəti varsa, ondan maksimum istifadə etməlisiniz”.
Qeyd edək ki, “Milan” A Seriyasında 6 turdan sonra 13 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.
Sport1.az