İngiltərə millisinin və “Bayer”in müdafiəçisi Yarell Kuansah “Liverpul”u tərk etməsinin səbəbləri barədə danışıb.
Sport1.az xəbər verir ki, İngiltərə klubunun mətbuat xidməti müdafiəçidən sitat gətirib: “Mən “Liverpul”da ətrafımda olan ən yaxşı oyunçulardan öyrəndim. Bu, həqiqətən də karyerama kömək etdi. Bu mərhələdə, demək olar ki, 23 yaşım olanda, istədiyimə nail olmaq üçün yüzlərlə oyuna ehtiyacım var. Buna görə də ayrılmaq qərarına gəldim və qərara gəldim ki, başqa liqaya keçmək mənim üçün ən yaxşı seçimdir”.
Xatırladaq ki, Yarell Kuansa “Liverpul” akademiyasının yetirməsidir. İngilis futbolçu “Bayer”lə 2030-cu ilə qədər müqavilə imzalayıb. Bu mövsüm müdafiəçi Almaniya klubunun heyətində bütün yarışlarda 9 oyuna çıxıb və bir qol vurub.
Sport1.az