"Milan"ın sabiq kapitanı David Kalabriyanın yeni klubu müəyyənləşib.
Sport1.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Yunanıstan "Panatinaikos"una keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onunla 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Kalabriya "Milan"ın yetirməsidir. O, klubun əsas komandasında 2015-ci ildə debüt etmişdi. İtaliyalı futbolçu bu yay "Milan"dan ayrılıb.
Sport1.az